Gerb

20 oktyabr 2011, 12:10
W1siziisijiwmtuvmdyvmtuvnxpnzwc1amvoy184nji1lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=e19ceeb9a02612cc

Prezident İlham Əliyevin və Prezident Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannamə”sini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Saziş”i Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov imzaladılar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokolu”nu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Berik Kamaliyev imzaladılar. 


Böyük ölçüdə