Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

13 iyun 2019, 17:45

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ölkədə qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı işçiləri təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Dadaşova Xəyalə Xalıqverdi qızı

Əbdüləliyev Qalib Hümmət oğlu

Əbdüləzimov Asif Hilal oğlu

Kərimov Zaur Rəvvaq oğlu

Piriyev Mansur Şahmar oğlu

Şərifov Əziz Əşrəf oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Mərdiyev Fuad Məharət oğlu

Salamov Emin Müzəffər oğlu.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2019-cu il.