12 iyul 2019, 18:30

Filyar İbrahimovadan, Şəki, Azərbaycan

Hörmətli Mehriban xanım.

Şəki şəhərinin tarixi hissəsinin Xan Sarayı ilə birlikdə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təkcə Şəkinin deyil, bütövlükdə Azərbaycanın, onun mədəniyyətinin böyük uğuru və qələbəsidir.

Sizi və Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edirəm. Sizə dərin minnətdarlığımı bildirir və fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İbrahimova Filyar, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Şəki şəhəri.