02 avqust 2019, 10:45

Əli Əliyev və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Poladlı kəndinin sakinlərinin içməli su ilə təmin olunması, həmçinin Ağcabədi-Hindarx-Tərtər magistral yolunu Poladlı kəndinə birləşdirən 2 kilometrlik kəndlərarası yolun təmiri ilə bağlı Sizə müraciətimizdən sonra keçən qısa müddət ərzində kəndimizə içməli su xətti çəkildi və yolumuz əsaslı şəkildə təmir edildi.

Bu tədbirlər kənd əhalisinin daha rahat və firavan yaşamasına xidmət edir. Buna görə kəndimizin bütün sakinləri adından Sizə minnətdarlığımızı bildirir, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyev Əli Qədir oğlu

Əhmədov Adil Mirzə oğlu

Mustafayev Cəmil Namaz oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Poladlı kəndi.