10 sentyabr 2019, 16:05

İlhamə Şahpələngovadan, Şabran, Azərbaycan

Hörmətli cənab Prezident.

Müstəqil Azərbaycan Respublikasının inkişafına, gündən-günə gözəlləşməsinə, saysız-hesabsız nailiyyətlər qazanmasına görə Sizə öz dərin təşəkkürümü bildirirəm.

Azərbaycan xalqı Sizin kimi Prezidenti olduğu üçün fəxr edir. Uğurlarınızın, nailiyyətlərinizin davamını diləyirik. Çox şadıq ki, bu uğurlu yolda Sizinlə birgə addımlayan, xalqımızın hər zaman qeydinə qalan Mehriban xanım Əliyeva kimi silahdaşınız, köməyiniz vardır.

Möhtərəm Prezident, Allahdan hər ikinizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Şahpələngova İlhamə Xanbala qızı

Azərbaycan Respublikası, Şabran rayonu, Ağbaş kəndi.