Belarus Təhlükəsizlik Şurasının Dövlət katibi Stanislav Zasdan

10 sentyabr 2019, 18:50

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin tükənməz enerjiniz, əzmkarlığınız, siyasi, mədəni və sosial sahələrdə səmərəli işiniz Sizə yalnız Azərbaycan Respublikasında deyil, onun hüdudlarından uzaqlarda da hörmət qazandırıb.

Belarus-Azərbaycan münasibətlərinin, o cümlədən mədəni-humanitar sahədə əlaqələrin inkişafına Sizin şəxsi diqqətinizi Belarusda yüksək qiymətləndirirlər.

Hörmətli Mehriban Arif qızı, icazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər diləyim.

Hörmətlə,

Stanislav Zas

Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət katibi