Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğandan

10 sentyabr 2019, 19:15

Azərbaycanın Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Hörmətli Birinci vitse-prezident və birinci xanım.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın inkişafındakı böyük xidmətlərinizi, gələcək nəsillərə firavan bir dünya və təmiz təbiət bəxş etmək üçün göstərdiyiniz səyləri məmnuniyyətlə müşahidə edir, bu günə qədər olduğu kimi, bundan sonra da sıx əməkdaşlıq şəraitində olmağımızı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə cansağlığı, əmin-amanlıq və fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əminə Ərdoğan

Türkiyə Respublikası Prezidentinin xanımı