20 sentyabr 2019, 15:00

Gülər Baxışova və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Bu günlərdə rayonumuza etdiyiniz tarixi səfər zamanı bizə göstərdiyiniz sonsuz diqqət və qayğıya, məhəbbət və ehtirama görə Sizə dərin minnətdarlığımızı bildirir, təşəkkür edirik.

Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, dünya arenasında tanıdılması, Azərbaycan vətəndaşlarının sosial-həyat şəraitinin yaxşılaşdırılması, imkansız ailələrə, valideyn himayəsindən məhrum uşaqlarla bağlı gördüyünüz işlər hər birimizin yaddaşına köçür, cənab Prezidentə və Sizə olan sonsuz məhəbbətimizi, inam və etibarımızı daha da artırır.

Səfəriniz zamanı yaşadığımız ərazidə tikilən yeni 100 yerlik uşaq bağçasının açılışını etməyiniz bizə ən böyük hədiyyəniz oldu. Yeniliyi, müasirliyi, hərtərəfli şəraiti özündə əks etdirən bu bağçaya görə Sizə bir daha təşəkkür edir, çox sağ olun deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə yar olsun.

Dərin hörmət və ehtiramla,

Baxışova Gülər,

Məmmədli Səidə,

Abdullayeva Sahibə,

Hüseynova Dilşad,

Abdullayeva Qalibə,

Ağayeva Vüsalə,

Abbasova Kəmalə,

Seyfiyeva Vəsilə və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.