İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib

07 oktyabr 2019, 11:10
İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

Qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizi mühüm hadisə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti ərəfəsində yenidən görməyimə şadam. Bu, mühüm hadisəyə hazırlığın son ştrixlərini müzakirə etmək üçün yaxşı imkandır. Biz çox fəal hazırlaşırıq. Əminəm ki, sammit yüksək səviyyədə keçəcək, bizim dövlətlərin əməkdaşlığı işində yeni mərhələlərə nail olacağıq.

Son illərdə əməkdaşlığımızın coğrafiyası genişlənir. Bizim üçün çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə qoşulur. İndiki sammit yubiley sammiti olacaq. Azərbaycanın qədim şəhəri olan Naxçıvanda 10 il əvvəl biz Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul etdik. Mən bu mühüm qərara gətirib çıxaran bütün məqamları təfərrüatı ilə xatırlayıram. Siz bilirsiniz ki, Azərbaycan qardaş dövlətlərin başçılarını ilk dəfə deyil ki, qəbul edir. Buna görə də əminəm ki, həm təşkilati tərəfi, həm də məzmun cəhəti yüksək səviyyədə olacaq. Bu mühüm tədbir ərəfəsində biz sizinlə sammitə hazırlıqla bağlı son məqamları müzakirə etməliyik ki, tədbir uğurla keçsin və bizim ölkələri daha da sıx birləşdirsin.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad AMREYEV dedi:

-Bizi qəbul etdiyinizə görə sağ olun, cənab Prezident. Doğrudan da sammit artıq yaxınlaşmaqdadır. Həqiqətən də indi görülən işlər və sammitə qədər nələri edə biləcəyimizi Sizə bildirməyimə böyük ehtiyacım var. İlk növbədə, demək istərdim ki, Azərbaycan, ümumiyyətlə, türk birliyi prosesində xüsusi yer tutur. Məhz Azərbaycan torpağı Naxçıvanda razılaşma imzalanıb. Məhz Bakıda, Azərbaycan torpağında siz yubiley sammitini qəbul edirsiniz. Artıq 10 ildir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Həmin 10 il bir növ təşəkkül dövrü olub. İndi bu dövrü Sizin siyasi iradəniz, türk birliyinin formalaşması üzrə verdiyiniz mühüm qərarlar sayəsində başa çatdırmışıq. Biz təşəkkül, təsisat dövrünü başa vurmuşuq. İndi isə biz yeni mərhələyə - artıq böyük inteqrasiya mərhələsinə keçirik.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10