İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb

26 oktyabr 2019, 19:50
İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Dövlətimizin başçısı Əfqanıstan Prezidentini qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Cənab Prezident, bir daha xoş gəlmisiniz. Dünən biz Sammit iştirakçılarının çox mühüm görüşünü keçirdik. Bu günlərdə bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik. Əfqanıstanın Sammitdə mümkün olan ən yüksək səviyyədə iştirakı Sizin bu quruma verdiyiniz əhəmiyyəti əks etdirir və biz bunu həm də Azərbaycana münasibətdə dostluq və tərəfdaşlığın göstəricisi hesab edirik. Biz dost, qardaş ölkələrik. Biz Sizinlə dəfələrlə beynəlxalq tədbirlər zamanı Bakıda görüşmüşük. Sonuncu dəfə bu ilin martında çox yaxşı görüşümüz oldu və sənəd imzalandı. Ölkələrimiz arasındakı əlaqələrin inkişafından məmnunam. Ən mühümü isə odur ki, biz razılaşdırdığımız bütün məsələləri həyata keçirməyə çalışırıq. Düşünürəm ki, ikitərəfli əlaqələrdə, siyasi təmasların gücləndirilməsində çox böyük irəliləyişə nail olmuşuq. Azərbaycanın ölkənizdə sülhməramlı inkişafı dəstəkləmək səyləri Sizə məlumdur. Bildiyiniz kimi, biz Əfqanıstandakı hərbçilərimizin sayını artırmışıq. Sizin ölkənizdə təhlükəsizlik, sabitlik və tərəqqi bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki dost və qardaş olaraq biz sizin bütün islahatlarınızın, planlarınızın həyata keçirilməsini görmək istəyirik. Mən bir dəfə Sizə söyləmişdim ki, Siz bu mühüm vəzifəyə gələndən bizim əlaqələrimiz çox səmərəli tərəfdaşlığa çevrilib. Bizim mütəmadi görüşlərimiz və müzakirələrimiz, qəbul edilmiş qərarlar, bu qərarların icrası qarşılıqlı siyasi iradəni nümayiş etdirir. Əvvəlki görüşlərimizdən birində müzakirə etdiyimiz kimi, biz dəmir yollarımızı və nəqliyyat qurğularını birləşdirmək istəyirdik və bunu etdik. Biz artıq Lapis-Lazuli layihəsindən Azərbaycan vasitəsilə yükləri qəbul etmişik. Beləliklə, biz bu məsələlər üzərində işləməyə davam edəcəyik. O vaxtdan biz Mərkəzi Asiyadakı dostlarımız və qonşularımızla da çox fəal şəkildə əməkdaşlıq edirik. Belə ki, Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə daşınan yükün həcmi artır. Hazırda Əfqanıstan, Azərbaycan və Avropa arasında fiziki bağlantı var. Hazırda bizim yeni bağlantımız var, düşünürəm ki, bu, tarixi nailiyyətdir. Bu gün biz qarşılıqlı maraq kəsb edən bəzi başqa məsələləri də müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz və bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf QANİ dedi:

-Sizinlə görüşməkdən məmnunluq hissi keçirirəm, Sizi təbrik edirəm. Qoşulmama Hərəkatına sədrliyin Azərbaycan tərəfindən qəbul olunması hesab edirəm ki, Sizi və qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ münaqişəsinin həllinə bir addım daha yaxınlaşdırır. Əfqanıstanın Azərbaycanla bağlı prinsipial mövqeyini nəzərə alaraq bizdən nəsə tələb olunarsa tərəddüd etmədən bunu bizə bildirin. Biz İnsan Hüquqları üzrə Komissiyanın tərkibinə daxilik və əlaqələndirmə ilə bağlı hər hansı bir xüsusi zərurət yaranarsa, mən bizim səfirimizə sizin səfirinizlə çox yaxından koordinasiya etmək tapşırığını verə bilərəm. Hesab edirəm ki, bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etmək strategiyanızla hər gün daha çox insanları bunun faydalı olduğuna inandırırsınız. İkitərəfli əlaqələrimizə gəldikdə, onların səviyyəsi bizi çox sevindirir. Bu, - mən bunu həmişə deyirəm, - Sizin Çikaqodakı çıxışınızdan başladı. O vaxt bu, arzu idi, lakin indi bu, həyata keçirilib. Lapis-Lazuli dəhlizi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz Bakıdan liman kimi necə istifadə olunması məsələsini daha çox müzakirə etmək istəyirik. İslahatların aparılması, ya da indi etibarlı dəmir yolu dəhlizimizin olması bizim üçün çox vacib hadisədir. Eyni ilə biz dəhlizi genişləndirmək istəyirik. Biz bu dəhlizin genişləndirilməsi üçün ciddi bir proqram hazırlamışıq və Bakının bir daha mərkəzi qovşaq kimi burada bizə xidmət etməsi bizim üçün böyük maraq kəsb edir. Bakıda əfqan məhsullarının ilk sərgisi keçirilib və biz Ticarət Nazirliyi ilə daha yaxından əməkdaşlıq etmək istəyirik ki, bazar təhlili aparılsın və bizim komanda bazar təhlili üzərində çalışa bilsin. Bu potensial sahələrdən biri tikinti materiallarıdır.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51