İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodik ilə görüşüb

26 oktyabr 2019, 20:40
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodik ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodik ilə görüşüb.

Dövlətimizin başçısı Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini qarşıladı.

Prezident İlham Əliyev və Rəyasət Heyətinin Sədri Milorad Dodik birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyevin və Rəyasət Heyətinin Sədri Milorad Dodikin görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Cənab Sədr, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Sammitdə iştirak etdiyiniz üçün çox şadam. Bu, həm də ikitərəfli gündəlikdə olan məsələləri müzakirə etmək üçün yaxşı imkandır. Mən çox şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Bizim beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal əməkdaşlığımız var. Beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyimiz çox vacibdir. İndi isə Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq, əlbəttə ki, üzv dövlətlərin qanuni maraqlarını nəzərə alacaq. Qarşıdakı üç il ərzində təşkilata yaxşı sədrlik etmək və üzv ölkələr arasında həmrəyliyi gücləndirmək üçün əlimizdən gələni edəcəyik.

İkitərəfli müstəvidə bizim çox fəal əməkdaşlığımız və bir çox yüksək səviyyəli siyasi təmaslarımız var. Mən dəfələrlə Sizin sələflərinizlə həm Bakıda, həm də beynəlxalq tədbirlər çərçivəsində görüşmüşəm. Biz ikitərəfli əlaqələrin çərçivəsini müəyyənləşdirmişik. Sözsüz ki, Sizi Azərbaycanda qəbul etməyimə çox şadam. Əminəm ki, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və ikitərəfli əlaqələrimizi gücləndirmək üçün birgə səylərimizi davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad DODİK dedi:

-Təşəkkür edirəm, cənab Prezident. Bu, mənim ölkənizə səfər etməyim və Sizinlə söhbət aparmağım üçün gözəl imkandır. Bu gözəl şəhərinizdə gördüklərimə və indiyə kimi qarşılaşdığım gözəl insanlara heyranlığımı ifadə etməliyəm. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələri yaxşılaşdırmaq üçün göstərdiyiniz möhtəşəm səylərə görə Sizə təşəkkür edirəm. Bilirəm ki, Bosniya və Herseqovina ilə yaxşı əlaqələrin qurulmasına böyük marağınız var və Siz bu işə sadiqsiniz. Bizə əvvəllər təklif etdiyiniz yardıma, istər humanitar yardım, istərsə də biznes imkanına görə də Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən səmimi təşəkkürlərimi ifadə etmək və bu uğurlu əməkdaşlığımızı davam etdirmək istəyirəm. Sizin Bosniya və Herseqovinadakı səfiriniz yaxşı fəaliyyət göstərir. O, çox sadiq və fəaldır. Bu, bizə yaxşı perspektivlər yaratmağa imkan verir. Lakin mən bilirəm ki, onun hər bir addımının arxasında Sizin bu işə sadiqliyiniz durur. İnanıram ki, Sizin Qoşulmama Hərəkatına sədrliyiniz münasibətlərimizi yeni müstəviyə çıxaracaq. Sammitin uğurlu təşkilinə görə Sizə təşəkkürümü bildirmək və Sizi təbrik etmək istərdim. Bu, əlbəttə ki, bizim daha ədalətli və sülh içində olan dünyaya inamımızı artırır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10