İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

14 noyabr 2019, 17:10
İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid TEMREZOV dedi:

-Çox sağ olun, hörmətli cənab Prezident. Həqiqətən, mən hətta bu gün iştirak edən ölkələrin sayına diqqət yetirdim: 80 ölkə, 10-dan çox dini təşkilat. Əlbəttə, kifayət qədər ciddi meydandır. Bütün qitələrdən, dünyanın bütün ölkələrindən gəlib iştirak edirlər. Eyni zamanda, bizim əziz Şeyximizi yubiley münasibətilə təbrik etmək üçün səbəbdir. Mən təkcə Sizin dəvətinizlə bu il artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm.

Prezident İlham ƏLİYEV dedi:

-Bəli. Mən çox şadam ki, tez-tez gəlirsiniz. Bu, çox mühümdür, faydalıdır. Çünki həm Rusiya-Azərbaycan münasibətləri, həm də regionlararası əməkdaşlıq çərçivəsində birgə həll etməli olduğumuz xeyli məsələlər var. Keçən ilin sentyabrında Vladimir Vladimiroviçin və mənim iştirakımla regionlararası forum keçirilib. İndi növbəti regionlararası forum bu ay artıq Moskvada olacaq. Belə ki, bu da mühüm meydandır. İkitərəfli planda da Rusiya–Azərbaycan münasibətlərində bizdə çox fəal siyasi proses gedir, yüksək səviyyədə - idarələr, nazirliklər səviyyəsində görüşlər keçirilir, yəni, çox fəal qarşılıqlı fəaliyyət var. Əlbəttə, Zati-Müqəddəslərinin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin bizim Sammitdə iştirakı bu tədbirə xüsusi önəm gətirir. Biz çox şadıq ki, Rusiya Federasiyası Sammitdə çox geniş tərkibdə - həm dini seqmentdə, həm Şimali Qafqaz respublikalarından bizim qardaşlarımız müftilər, həm Prezident Administrasiyası, həm də digər nümayəndələrlə təmsil olunub. Yəni, Sammitdə ən böyük nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndə heyətidir. Sammitin özü də, əlbəttə, qlobal miqyaslı hadisədir. O, çox universal xarakter daşıyır və düzü, mən bilmirəm, belə səpkili tədbir daha harada keçirilir, yaxud keçirilirmi. Buna görə də Azərbaycan bu istiqamətdə də özünü ölkələri, dinləri birləşdirə və dialoq üçün yaxşı imkan yarada bilən ölkə kimi nümayiş etdirdi. Fikrimcə, indi bu, ən mühüm məsələdir.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10