15 noyabr 2019, 13:30

Şaban Mehdiyevdən, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Zaqatala rayonunun Qəbizdərə kəndində arıçılıqla məşğul olan fermerəm. Dövlətimiz tərəfindən bu sahəyə dəstək göstərilməsi, hər arı ailəsinə 10 manat subsidiya verilməsi bizi arıçılığı inkişaf etdirməyə, keyfiyyətli və bol məhsul götürməyə daha da ruhlandırır.

Məhsullarımızın satışına kömək məqsədilə keçirilən bal satışı yarmarkaları da təqdirəlayiqdir. Əvvəllər məhsul satışında problemlər olsa da, son illər yarmarkalarda yaradılmış rahat şərait nəticəsində bu problem aradan qaldırılıb. Bu il sentyabr-oktyabr aylarında təşkil olunmuş yarmarkada 400 kiloqram bal sataraq yaxşı qazanc əldə etmişəm. Bu, ailəmin ehtiyaclarını ödəməkdə mənə böyük kömək olub.

Sizin tapşırıq və sərəncamlarınız əsasında görülən bütün bu işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Arıçı fermerlərə qayğınıza görə çox sağ olun, möhtərəm cənab Prezident!

Hörmətlə,

Mehdiyev Şaban Qurban oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Qəbizdərə kəndi.