16 noyabr 2019, 16:00

Sveta Məmmədovadan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Füzuli rayonundan məcburi köçkünəm. Öz yurd-yuvasını itirmiş, torpağı işğal olunmuş insan kimi çox ağrı-acı çəkmişəm. Köçkünlük həyatının ilk illəri bizim üçün çox ağır idi. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Onun sayəsində biz nicat tapdıq, yiyəsiz, kimsəsiz olmadığımızı gördük. Xüsusilə ağır şəraitdə, çadır şəhərciklərində yaşayan qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanıldı, bizə sosial müavinət ayrıldı, min bir dərdimizə şərik çıxıldı. İndiki zamanda da Siz məcburi köçkünlərə daim kömək göstərirsiniz. Mən ailəmlə birlikdə acınacaqlı şəraitdə yaşayırdım. Sizin qayğınız sayəsində yeni mənzillə təmin olunmuşuq.

Əziz Prezidentimiz, bizi yeni, gözəl mənzillə təmin etdiyiniz üçün ailəm adından Sizə təşəkkür edirəm. Ömrünüz uzun olsun, dərd-qubar görməyəsiniz.

Hörmətlə,

Məmmədova Sveta Mənəf qızı

Füzuli rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.