Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

02 dekabr 2019, 17:25

Hörmətli Vladimir Vladimiroviç,

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 dekabr, 2019-cu il.