04 noyabr 2011, 13:00

Fuad İsrəfilovdan, Ucar, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi kollektivimiz adından səmimi qəlbdən salamlayır, Sizə yeni-yeni uğurlar arzulayıram. Biz - Ucar rayonunun təhsil işçiləri daim Sizin qayğınızı öz üzərimizdə hiss edir və Sizə minnətdarlıq edirik. Oktyabr ayının 30-da rayonumuza səfəriniz hər birimizdə dərin təəssürat yaratmışdır. Açılışında içtirak etdiyiniz Heydər Əliyev mərkəzi, rayon şahmat məktəbi, rayon uşaq xəstəxanası və poliklinika binaları Sizin rayonumuza yeni töhfənizdir. Rayon ictimaiyyəti ilə görüşdə əməyimizə verdiyiniz yüksək qiymət və qarşımıza qoyduğunuz vəzifələr bizi daha yaxşı işləməyə, qurub yaratmağa səsləyir. Rayonumuzun inkişafı məqsədilə 2 milyon manat vəsait ayrılması üçün verdiyiniz 1 noyabr 2011-ci il tarixli Sərəncam bir daha sübut edir ki, respublikamızın bütün regionları kimi Ucar rayonunun da inkişafı, tərəqqisi Sizi daim maraqlandıran məsələdir. Bütün bunlara görə rayonumuzun təhsil işçiləri adından Sizə səmimi minnətdarlığımı bildirir və respublikamızın daha da inkişaf etməsi naminə gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Fuad İsrəfilov
Ucar rayon təhsil şöbəsinin müdiri

Azərbaycan Respublikası, Ucar rayonu.