04 noyabr 2011, 13:10

Namiq Nəsrullayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının iqtisadi inkişafındakı xidmətlərimə verdiyiniz yüksək qiymətə və mükafata görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının iqtisadiyyatı inanılmaz uğurlara nail olmuşdur. Mən bütün səmimiyyətimlə inanıram və əminəm ki, bu uğurlar davam edəcəkdir.

Cənab Prezident, iqtisadiyyatın uğurlu inkişafında əməyimin olması və Sizin buna vermiş olduğunuz yüksək qiymət məni hədsiz dərəcədə fərəhləndirir.

Sizi əmin etmək istəyirəm ki, müəyyən etdiyiniz siyasətin həyata keçirilməsində aktiv iştirak etməyə həmişə hazıram.

Bir daha Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Namiq Nəsrullayev

Azərbaycan Respublikası, Bakı şəhəri.