07 dekabr 2019, 12:15

Müstəcəb Əhmədov və Vüsalə Kərimovadan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin bütün bölgələrində avtomobil yollarının tikintisi istiqamətində genişmiqyaslı işlər aparılır. Bu sahəyə göstərdiyiniz diqqət və qayğı sayəsində Azərbaycan dünyada ən yaxşı yollara malik ölkələrlə bir sırada durur.

Hər il yüzlərlə kənd və qəsəbədə yollar təmir olunur, yeni yollar çəkilir. Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulması və əsaslı tikintisi üçün vəsait ayırmağınız da bu qəbildən olan işlərin davamıdır. Bu addımınız yolun keçdiyi ərazidə yaşayan minlərlə sakinin sevincinə səbəb oldu.

Bütün bunlara görə Zərdab rayonunun sakinləri adından təşəkkür edir, Sizə və ailənizə cansağlığı, daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Əhmədov Müstəcəb Əzim oğlu

Kərimova Vüsalə Kamil qızı.

Azərbaycan Respublikası, Zərdab rayonu.