07 dekabr 2019, 15:00

Zərrintac Cahangirovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənim övladım – 9-cu sinif şagirdi Cahangirzadə Cavidan "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində bu il noyabrın 13-dən 16-dək keçirilən tur-aksiyada iştirak edib. Bu tur-aksiya Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır və şagirdlərin məktəbdə qazandıqları nəzəri biliklərin möhkəmləndirilməsi, dünyagörüşünün artırılması baxımından əvəzedilməz əhəmiyyətə malikdir.

Səyahət dövründə təşkil edilən intellektual yarışda Cavidan 3-cü yeri tutub. O, döndükdən sonra sinif yoldaşları, müəllimləri ilə təəssüratlarını, sevincini bölüşdü. Mənim övladım da daxil olmaqla, şagirdlərin belə bir tur-aksiyada iştirakına şərait yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Cahangirova Zərrintac Teymur qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.