17 dekabr 2019, 19:00

Əjdər Kərimovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Saatlı rayonunun Dəllər kəndinin sakinləri adından Sizi salamlayıram. Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənirik. Çünki bu siyasət xalqımıza əmin-amanlıq, sabitlik, xeyir-bərəkət gətirir. Xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə müvəffəqiyyət və cansağlığı arzulayıram.

Eyni zamanda, Sizə ona görə minnətdarıq ki, rayonumuzda quruculuq işləri aparılır, pambıqçılıq inkişaf edir. Dəllər kəndinin sakinləri son illərdə əkin sahələrimizin suvarılmasında heç bir çətinliklə üzləşmirik. Sizin apardığınız iqtisadi siyasət, suvarma problemlərinin həlli istiqamətində görülən kompleks tədbirlər öz bəhrəsini verməkdədir.

Cənab Prezident, kənd sakinləri adından bir daha Sizə təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Kərimov Əjdər Nusrət oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu, Dəllər kəndi.