18 dekabr 2019, 14:00

Səlim Verdiyevdən, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident.

Əvvəla qeyd etmək istəyirəm ki, Siz Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz gündən indiyədək ölkəmizdə əmin-amanlığa, dinamik inkişafa, xalqın sosial vəziyyətinin yaxşılaşmasına nail olmusunuz. Ən əsası isə müstəqil Azərbaycan dünya arenasında öz sözünü deyir. Sizin ali tribunalardan etdiyiniz dərin məzmunlu və qətiyyətli çıxışlarınız, apardığınız uğurlu daxili və xarici siyasət bir çoxları üçün nümunədir.

Siz müasir müstəqil Azərbaycan Respublikasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısısınız. Sizin bu illər ərzində yorulmadan, əzmkarlıqla çalışaraq xalqımızın firavan yaşaması üçün gördüyünüz işlər vətəndaşlar tərəfindən həmişə layiqincə qiymətləndirilmişdir. Xüsusilə qeyd edirəm ki, son zamanlarda apardığınız islahatlar biz sadə vətəndaşları məmnun edir.

Siz öz çıxışlarınızda vurğulayırsınız ki, biz xalqın xidmətçiləriyik. Tez-tez vətəndaşlarla görüşür, onların problemləri ilə yaxından tanış olur, çətinliklə üzləşən insanlara lazımi kömək göstərirsiniz. Biz şəhid ailələri də daxil olmaqla, vətəndaşlara göstərdiyiniz diqqət və qayğını hər zaman təqdir edirik.

Əziz Prezidentimiz, biz həmişə Sizinlə fəxr etmişik və bu gün də fəxr edirik.

Hörmətlə,

Verdiyev Səlim Mirzə oğlu, şəhid atası

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Novoivanovka kəndi.