18 dekabr 2019, 14:15

Vəsixanım Mənsurovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən 7 övlad anasıyam, 17 nəvəm, 13 nəticəm var. Həyat yoldaşım Böyük Vətən müharibəsi iştirakçısı olmuş və sonradan vəfat etmişdir. Biz yaşlı nəslin nümayəndələri çox çətinliklər görmüşük. Ona görə də nəvə-nəticələrimi xoşbəxt nəslin nümayəndələri hesab edirəm. Çünki onlar müasir, inkişafda olan və öz görkəmini gündən-günə dəyişən Azərbaycan adlı qüdrətli bir ölkənin vətəndaşlarıdırlar.

Yaşadığımız Sumqayıt şəhərində mühüm layihələr həyata keçirilməkdədir. Bu səbəbdən şəhərimiz gündən-günə abadlaşır və gözəlləşir. Sizin qayğınız hesabına ərsəyə gələn dənizkənarı bulvar nəinki şəhər sakinlərinin, eləcə də Sumqayıta gələn qonaqların sevimli məkanına çevrilib. Nəticələrim müasir və yaxşı xidmətlə təmin olunmuş uşaq bağçalarında təlim-tərbiyə alırlar.

Əziz Prezidentimiz, ağbirçək ana olaraq bizə göstərilən dövlət qayğısına görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə uzun ömür, cansağlığı arzulayıram. Biz vətəndaşlar Sizinlə qürur duyuruq.

Hörmətlə,

Mənsurova Vəsixanım Rufulla qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.