18 dekabr 2019, 17:50

Şahnaz Əliyeva və başqalarından, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin zəhmətinizin nəticəsi olaraq ölkəmiz gündən-günə abadlaşır və tarixinin ən parlaq dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində görülən işlər Abşeron rayonunun da ümumi mənzərəsini, əhalinin sosial vəziyyətini yaxşılaşdırıb, rayonumuza yeniliklər bəxş edib.

Abşeron rayonunda müxtəlif işlərin görülməsi üçün vaxtaşırı imzaladığınız sərəncamlar əhalinin sevincinə səbəb olur. Bir neçə gün əvvəl imzaladığınız “Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamınızı sevinclə qarşıladıq.

Əziz Prezidentimiz, şəxsən öz adımızdan və ailələrimiz adından Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Sizlərə uzun ömür, cansağlığı arzulayırıq. Allah Sizləri qorusun.

Hörmətlə,

Əliyeva Şahnaz Elman qızı

Ağamalıyeva Kəmalə Mirismayıl qızı

Əfqanlı Kəmalə Əlikram qızı

Mirzəyeva Taliə Həşim qızı

İbrahimova Günay Nazim qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Novxanı kəndi.