18 dekabr 2019, 17:55

Fazil Vəliyevdən, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz tərtərli fermerlər pambıqçılıqda bu il də yüksək göstəricilər əldə etmişik. Mənfur düşmənlərimiz Sərsəng su anbarından gələn suyun qarşısını kəssələr də, Sizin sərəncamlarınız əsasında qazılan subartezianlar hesabına əkin sahələrimizi suvarıb, yüksək məhsuldarlığa nail olduq. Bu il rayonumuzda hər hektardan 34,8 sentner məhsul götürülüb.

Cənab Prezident, əldə etdiyimiz yüksək məhsuldarlığa görə Sizə minnətdarıq. Sizin fermerlərə, pambıqçılığın inkişafına göstərdiyiniz qayğı bizi daha yaxşı işləməyə, Sizin qayğınıza əməli işimizlə cavab verməyə sövq edir. Yaxşı nəticələr əldə etdiyimiz üçün dövlətimizin də, ailəmizin də yanında alnımız açıqdır, təknəmizdə halal çörəyimiz var.

Göstərdiyiniz diqqət və qayğıya, aqrar sahənin inkişafındakı xidmətlərinizə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Ömrünüz uzun, eviniz bol ruzi-bərəkətli olsun.

Hörmət və ehtiramla,

Vəliyev Fazil, 1-ci dərəcəli “Əmək” ordenli fermer.

Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.