19 dekabr 2019, 14:10

Gündüz Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin tərəfinizdən əhalinin sosial rifahının yaxşılaşdırılması və ölkəmizin daha da inkişafı üçün aparılan islahatlar, gənclərə göstərilən diqqət və qayğı, uğurlu gənclər siyasətiniz Azərbaycan xalqını, Azərbaycan gənclərini sevindirir. Sizin təşəbbüsünüzlə Gənclər Fondunun yaradılması da gənclərə göstərdiyiniz qayğının bariz nümunəsidir. Yaradılan bu şərait sayəsində hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında fəallığı ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin reallaşmasında mühüm rol oynayır.

Cənab Prezident, bir sözlə, Sizin tərəfinizdən ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafını təmin etməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin gənclərlə bağlı yürütdüyü siyasət uğurludur. Mən bir gənc olaraq bu qayğıya və diqqətə görə çox sevinirəm. Göstərilən diqqət və qayğı mənim gənc mühəndis kimi formalaşmağıma da böyük təsir göstərib.

Cənab Prezident, biz gənclər hər zaman Sizinləyik. Sizə böyük sədaqət, ehtiram hissi ilə bağlıyıq.

Hörmətlə,

Məmmədov Gündüz Elşən oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.