19 dekabr 2019, 18:30

Amirşah Usmanov və Nigar Bilalovadan, Xaçmaz, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisinə vəsait ayrılması barədə Sərəncamınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün böyük işlər görülmüşdür. Kəndlərarası yolların təmir-tikintisi, bir sıra kəndləri birləşdirən yeni yolların çəkilməsi bu sırada özünəməxsus yer tutur. Bu yollar rahatlığımızı, vaxta qənaəti təmin etməklə yanaşı, bizi inkişafa, tərəqqiyə aparır.

Cənab Prezident, inanırıq ki, yeni tikiləcək Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu da rayonumuzun inkişafına öz töhfəsini verəcəkdir. Yolunuz hər zaman hamar, işləriniz avand olsun.

Hörmətlə,

Usmanov Amirşah Axtamoviç

Bilalova Nigar Səyyaf qızı

Azərbaycan Respublikası, Xaçmaz rayonu.