20 dekabr 2019, 14:30

Fərman Səmədovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz ölkəyə rəhbərlik etdiyiniz bütün illər ərzində həmişə xalqın yanında olmusunuz, onun qayğı və problemlərini həll etmisiniz.

Ölkəmizin inkişafı, yaradılan əmin-amanlıq insanlara rahat şəkildə yaşayıb işləmək imkanı verir. Əməkhaqlarımız, pensiyalarımız ilbəil artır, yeni iş yerləri yaradılır.

Oğlum Sərxan Səmədli bu yaxınlarda işlə təmin olunub. Bu şərait məhz Sizin gərgin səyləriniz, göstərişləriniz nəticəsində yaranıb. Xalqımızın güzəranını yaxşılaşdıran addımlarınıza, bizim firavan yaşayışımızın təmin olunmasını daim düşünüb maddi vəziyyətimizi yaxşılaşdırdığınıza görə ailəmin bütün üzvləri adından Sizə “Çox sağ olun!” deyirəm.

Allah Sizi qorusun.


Hörmətlə,

Səmədov Fərman Ağasən oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.