20 dekabr 2019, 15:25

Gülbahar Əhmədova və başqalarından, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə Sizin rəhbərliyinizlə həyata keçirilən sosial siyasətin uğurlu nəticələrini görür, hiss edirik. Digər regionlarımızla yanaşı, Kürdəmir rayonunda da əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi sahəsində mühüm işlər görülür. Xalq bunu çox yüksək qiymətləndirir.

Sizin tərəfinizdən əməkhaqlarının, pensiya və müavinətlərin artırılması əhali arasında böyük sevinclə qarşılanır. Dövlətimizin uşaqlara göstərdiyi yüksək diqqət və qayğı da təqdirəlayiqdir. Kürdəmir rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün günərzi qayğı mərkəzi yaradılıb. Aztəminatlı ailə olduğumuz üçün bizim də övladlarımız həmin mərkəzə cəlb olunmuşlar və müxtəlif sosial xidmətlərdən faydalanırlar. Bu mərkəz hər bir avadanlıqla təmin olunub, uşaqların rahatlığı üçün lazımi şərait yaradılıb.

Əziz Prezidentimiz, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və aztəminatlı ailələrə yüksək diqqət göstərdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildirir, Allahdan ən xoş arzular diləyirik.

Hörmətlə,

Əhmədova Gülbahar,

Osmanov İdris,

Səfərəliyev Ceyhun,

Hasilov Elməddin və başqaları (cəmi 9 nəfər)

Azərbaycan Respublikası, Kürdəmir rayonu.