21 dekabr 2019, 14:00

Qəmxar Qəhrəmanov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Tərtər rayonunun Bəsdi Bağırov küçəsinin sakinləriyik. Küçəmizdə abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb. Divarlar aqlay və digər bəzək daşları ilə üzlənib, ağaclar budanıb, işıq, qaz, rabitə və digər kommunikasiya xətləri təmir olunub, küçənin asfatlanıb. Hazırda işıqlandırma sistemi quraşdırılır.

Möhtərəm cənab Prezident, cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıya görə küçəmizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qəhrəmanov Qəmxar

Tanrıverdiyev İsgəndər

Ocaqova Mehparə

Məmmədova Xatirə

Əhmədov Xanoğlan və başqaları (cəmi 9 nəfər).

Azərbaycan Respublikası, Tərtər rayonu.