21 dekabr 2019, 13:45

Sevda Balayeva və başqalarından, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin diqqət və qayğınız nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da inkişaf, tərəqqi nəzərə çarpır. Nümunəvi məhəllələrin yaradılması, su-kanalizasiya xətlərinin yenilənməsi, əsaslı təmir olunmuş səhiyyə və təhsil ocaqları əhalinin sevincinə səbəb olub. Xırdalan şəhərinin avtomobil yollarının əsaslı təmiri ilə əlaqədar imzaladığınız sərəncamlar da ürəyimizcə oldu. Bu işlər vətəndaşların firavan yaşayışına səbəb olmaqla yanaşı, insanlara xoş gələcək vəd edir.

Cənab Prezident, Uca Allahdan Sizə uzun ömür və cansağlığı, məsuliyyətli işinizdə daim uğurlar arzu edirik.

Dərin hörmətlə,

Balayeva Sevda İsməmməd qızı

Əsədova Raminə Səxavət qızı

Cahangirova Röya Rasim qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.