21 dekabr 2019, 19:00

Əmirxan Sərdarovdan, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri bütün vətəndaşlar kimi, Xaçmaz sakinlərini də çox sevindirir. Sizin məqsədyönlü fəaliyyətiniz Azərbaycan xalqının xoşbəxt, rahat yaşamasına gətirib çıxarıb. Siz ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycan Respublikasının daha da möhkəmlənməsi, güclənməsi, bütün dünyada tanınması üçün böyük xidmətlər göstərmisiniz. Elə buna görə də Azərbaycan xalqı Sizi sevir, dəstəkləyir, Sizə öz minnətdarlığını bildirir.

Xaçmaz rayonu son illər ərzində öz görkəmini çox dəyişib. Yolların tikintisi və əsaslı təmiri rayonumuzun mədəni, iqtisadi həyatının canlanmasında mühüm rol oynayıb. Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə əlaqədar bu yaxınlarda imzaladığınız Sərəncam da heç şübhə yoxdur ki, bu yolun keçdiyi yaşayış məntəqələrinin inkişafına öz töhfəsini verəcəkdir.

Niyazabad kənd orta məktəbinin müəllimləri adından Sizə minnətdarlığımzı bildiririk. Yolunuz hər zaman işıqlı olsun.

Hörmətlə,

Sərdarov Əmirxan.

Azərbaycan Respublikası, Xaçmaz rayonu.