29 dekabr 2019, 18:25

Simuzər Əsədovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu məktubu yazmaqda məqsədim odur ki, Sizə öz təşəkkürümü bildirim. Siz ölkəmiz və xalqımız üçün çox işlər görürsünüz. Hər bir işiniz, nailiyyətiniz göz qabağındadır. Sizi xalqa sevdirən ən mühüm cəhətlərdən biri də, daim xalqın arasında olmağınızdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə əmin-amanlıq bərpa olundu. İndiki uğurlarımızın təməli də məhz onda qoyuldu. O vaxtdan başlayan ardıcıl uğurlar və davamlı inkişaf Azərbaycanı dünyaya tanıtdı. Bu gün artıq Odlar yurdunun adı dünyanın yüksək reytinqə malik, inkişaf etmiş ölkələri ilə bir sırada çəkilir.

Əziz Prezidentimiz, Sizə ailənizlə birlikdə həyatda ən gözəl nemət olan cansağlığı, uzun ömür arzulayıram. Ulu Tanrı Sizi bədnəzərdən qorusun!

Qarşıdan gələn Yeni il bayramınız mübarək olsun!

Hörmətlə,

Əsədova Simuzər

Azərbaycan Respublikası, Mingəçevir şəhəri