30 dekabr 2019, 16:50

Anar Əliyevdən, Qobustan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin tərəfinizdən həyata keçirilən sosialyönümlü siyasətin nəticələrini biz vətəndaşlar gündəlik həyatımızda görür, hiss edir və bunu çox yüksək qiymətləndiririk. İnsanların maaşları, təqaüdləri, pensiyaları artırılmaqla yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm layihələr reallaşdırılır. Sosial evlərin tikilməsi sayəsində bir çox kateqoriyadan olan insanlar güzəştli şərtlərlə mənzil əldə edirlər. Mən də bu layihədən bəhrələnən vətəndaşlardan biriyəm və mənzil sahibi olmuşam.

Cənab Prezident, həm şəxsən öz adımdan, həm də ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Gündən-günə inkişaf edən Azərbaycanımız ulu öndər Heydər Əliyevin və Sizin şah əsərinizdir. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Əliyev Anar Cavadxan oğlu.

Azərbaycan Respublikası, Qobustan rayonu.