07 yanvar 2020, 12:00

Rasim Balayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi və ailə üzvlərinizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, Vətənimizin inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm.

Sizin bütün sahələr üzrə apardığınız uğurlu siyasətiniz və həyata keçiridiyiniz islahatlar hər bir siravi vətəndaşımız və incəsənət sahəsinin ziyalıları tərəfindən rəğbətlə qarşılanıb.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun anadan olmasının 110 illiyinin qeyd edilməsi barədə imzaladığınız Sərəncam Sizin hərb tariximizə, şanlı qəhrəmanlarımıza, gənclərin vətənpərvərlik ruhunda yetişməsinə və milli dəyərlərimizə hədsiz bağlılığınızın bariz nümunəsidir.

Hörmətli cənab Prezident, əfsanəvi sərkərdə Həzi Aslanovun yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamınıza görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Balayev Rasim, Xalq artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.