07 yanvar 2020, 14:30

Lətif Şimşəkovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Əvvəlcə Sizi Saatlı rayonunda yaşayan Axısqa türklərinin ziyalıları və ağsaqqalları adından Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

2019-cu ilin dekabr ayında pambıqçılıqla bağlı keçirdiyiniz müşavirədə suvarma suyu barədə qaldırılan məsələnin həlli üçün verdiyiniz tapşırığa görə Sizə təşəkkürümüzü bildirirəm. Uzun illər yay aylarında suvarma suyu qıtlığından əziyyət çəkmişik. Bu səbəbdən bəzən istədiyimiz məhsuldarlığı əldə edə bilməmişik. Ancaq inanırıq ki, su məsələsi həll edildikdən sonra daha yüksək məhsuldarlığa nail olacaq, rayonumuzun adını daha da ucaldacağıq.

Cənab Prezident, Sizdən çox razıyıq. Allahın nəzərləri üzərinizdən əskik olmasın.

Hörmətlə,

Şimşəkov Lətif, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Saatlı rayonu, Varxan kəndi.