08 yanvar 2020, 13:00

Nicat Cabbarlıdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi şəxsən öz adımdan və ailəmin adından Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.

Yola saldığımız 2019-cu ili ölkəmiz üçün çox uğurlu il hesab edirəm. Elə biz məcburi köçkünlər üçün də bu il bir sıra müsbət məqamlarla yadda qaldı. Məcburi köçkünlərə verilən müavinətin məbləği 50 faiz artırıldı, yeni salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı oldu. Həmin tədbirdə Sizinlə görüşümüzü heç vaxt yaddan çıxarmaram. Ailəmizə mənzilin verilməsi və həmin mənzildə bizimlə çay süfrəsi arxasında səmimi söhbət etməyiniz bizi çox sevindirdi, bizə dərin təəssürat bəxş etdi.

Əziz Prezidentimiz, bir daha Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizinlə qürur duyur.

Hörmətlə,

Cabbarlı Nicat Azad oğlu, Xocalı rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.