“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan

09 yanvar 2020, 13:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin.

Sizin uzaqgörən siyasi xadim keyfiyyətləriniz, perspektiv və cari məqsəd və hədəfləri müəyyənləşdirərkən geniş düşüncə tərziniz, bu məqsəd və hədəflərə çatmaqda əzmkarlığınız Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifədə uğurlu fəaliyyətinizi təmin edir.

Əminəm ki, Sizin milli lider və dövlət xadimi istedadınıza, ensiklopedik biliklərinizə, insan və vətəndaş kimi bir çox digər məziyyətlərinizə Azərbaycan Respublikasının qüdrətinin möhkəmlənməsi və onun vətəndaşlarının rifahının yüksəldilməsi yolunda bundan sonra da hələ uzun illər ehtiyac duyulacaqdır.

Doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, gözəl ölkənizin əməksevər xalqının firavanlığı naminə yeni böyük zəfərlər diləyirik.

Dərin hörmətlə,

İqor Makarov

“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti