09 yanvar 2020, 13:15

Arif Miriyevdən, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların zəruri tələbatını ödəmək üçün yeni imkanlar yaradırsınız. Çernobıl əlillərinin yaşayışını yaxşılaşdırmaq üçün onlara hədiyyə etdiyiniz müasir avtomobillər və mənzillər Sizin tərəfinizdən həyata keçirilən davamlı və uğurlu dövlət siyasətinin əyani sübutudur.

Mən bir Çernobıl əlili kimi Sizin tərəfinizdən hədiyyə edilən avtomobili aldım və buna görə çox sevinirəm.

Bu xeyirxahlığınıza görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu gözəl Vətənimizin daim inkişaf etməsi naminə gördüyünüz uğurlu işlərdə Sizə yeni-yeni nailiyyətlər arzu edirəm.

Hörmətlə,

Miriyev Arif Davud oğlu, II qrup Çernobıl əlili.

Azərbaycan Respublikası, Salyan rayonu.