11 fevral 2020, 16:05

Vaqif Cəfərov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkənin bütün bölgələri inkişaf edir. Regionlarda abadlıq-quruculuq işləri aparılır, infrastrukturun yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirilir. Əhalini narahat edən sosial problemlər sürətlə həll edilir.

Göyçay rayonunun Alpout kəndinin əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün suvarma kanalının və kollektor-drenaj sisteminin lil və çöküntüdən təmizlənməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur.

Cənab Prezident, biz belə işləri insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən biri kimi dəyərləndirir və buna görə Sizə kəndimizin əhalisi adından dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da Sizinlə həmrəylik nümayiş etdirəcəyik. Bu çətin və şərəfli işinizdə Sizə yeni-yeni uğurlar, uzun ömür və cansağlığı arzu edirik.

Allah Sizi qorusun!

Hörmətlə,

Cəfərov Vaqif Amil oğlu,

Tağıyev Mikayıl Fəzayıl oğlu,

Həsənov Yaşar Akif oğlu.

Azərbaycan Respublikası, Göyçay rayonu, Alpout kəndi.