12 fevral 2020, 16:30

Surə Məmmədovadan, Bərdə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin məcburi köçkünlərə olan qayğınız əvəzsizdir. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraiti yaxşılaşdırılmaqla yanaşı, onların işlə təmin olunması, rifah halının yüksəlməsi, təhsil məsələləri xüsusi diqqətdə saxlanılır. Ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olan məcburi köçkünlərin təhsil haqqından azad edilməsi, köçkün orta məktəbləri üçün ölkəmizin müxtəlif bölgələrində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi və digər işlər bizdə xoş ovqat yaradır. Rəhbəri olduğum Ağdam rayon 122 saylı köçkün orta məktəbi də yeni modul tipli bina ilə təmin olunmuşdur. Hər bir şəraitə malik olan bu müaisir məktəb binası bizi elmə, təhsilə daha da həvəsləndirir.

Əziz Prezidentimiz, “elin gözü tərəzidir” deyiblər. Xalq Sizin işlərinizi görür və hər zaman yüksək qiymətləndirir. Yeni məktəb binası ilə təmin edildiyimiz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədova Surə Abbas qızı,

Bərdə rayonunda fəaliyyət göstərən Ağdam rayonu,

122 saylı köçkün orta məktəbinin direktoru

Azərbaycan Respublikası, Bərdə rayonu.