İlham Əliyev idmançılarımızı qələbə münasibətilə təbrik etdi

13 fevral 2020, 11:30

İtaliyanın paytaxtı Roma şəhərində Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. 

Qızıl medalçılarımız Sənan Süleymanov və Rafiq Hüseynov, bürünc medal qazanan Eldəniz Əzizli, Murad Bazarov, Ülvi Qənizadə, Islam Abbasov, baş məşqçilər Aleksandr Tarakanov, Rövşən Bayramov, şəxsi məşqçilər Azər Hüseynov, Radik Huseynov, Turac Hüseynli, Vaqif Feyzullayev, Elnur Müzəffərov, Bahadur Həziyev xalqımıza əsl qələbə sevinci bəxş etdilər. 

Biz sizinlə qürur duyuruq!

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo