26 mart 2020, 12:10

Zəfər Kərimovdan, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident.

Hazırda bütün dünyada yayılmış koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması üçün Sizin rəhbərliyinizlə görülən işləri alqışlayırıq. Xaricdən gətirilən vətəndaşlarımıza yaradılan şərait, qısa müddət ərzində hamının səfərbər olması Sizin zəhmətiniz, Sizin əməyinizdir. Buna görə də Sizə minnətdarıq, cənab Prezident!

Bu böyük diqqət bizə - Azərbaycan Respublikasının vətəndaşlarına verdiyiniz yüksək qiymətin göstəricisidir.

Cənab Prezident, biz gənclər daim Sizin yanınızdayıq. Əminik ki, xalqımız Sizin rəhbərliyinizlə bu virusa qalib gələcək və yeni uğurlara imza atacaq.

Hörmətlə,

Kərimov Zəfər Carulla oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu, Pirhəsənli kəndi.