26 mart 2020, 16:40

Laçın Əsədovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin hər bir bölgəsi kimi, Zərdab rayonu da son illər ərzində xeyli dəyişib. Sizin regionların sosial-iqtisadi inkişafına ayırdığınız diqqət sayəsində rayonumuzun və onun kəndlərinin infrastrukturu yaxşılaşıb, insanları narahat edən məsələlər öz həllini tapıb. Atalar demişkən: “Görünən dağa nə bələdçi". Hər şey göz qabağındadır.

Abadlıq işləri ilə yanaşı, əhalinin güzəranının yaxşılaşdırılması da diqqət çəkən məqamlardan biridir. Mən aztəminatlı ailənin üzvüyəm, öhdəmdə 4 əlil övladım var. Dövlətin qayğısı sayəsində normal yaşayıram.

Əziz Prezidentimiz, Sizin məqsədyönlü fəaliyyətinizin, islahatlarınızın uğurlu nəticələri ölkəmizin gələcəyinin daha parlaq olacağına zəmanət verir. Siz xalqdan güc aldığınız kimi, xalqımız da Sizdən güc alır. Gələcək fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Əsədov Laçın Alxan oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Alıcanlı kəndi.