02 aprel 2020, 12:45

Zöhrə Həsənovadan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin səhiyyə sahəsinə qayğınız əvəzolunmazdır. Qazax rayonunda yeni müasir xəstəxananın tikilməsinə görə Sizə minnətdarlığımı bildirirəm.

Ötən ay nəvəmin səhhəti qəflətən pisləşmişdi. Təcili tibbi yardım çağırmışdıq. Uşağı tələsik xəstəxanaya apardılar. Bir nənə olaraq çox narahat idim. Nəvənin nə qədər şirin nemət olduğunu Siz də yaxşı bilirsiniz. Sözümün canı ondadır ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şərait sayəsində nəvəmə yüksək səviyyədə ilkin tibbi yardım göstərildi və daha sonra Bakıda uğurlu müalicə kursu keçdi.

Hazırda nəvəm mənimlə öz evimizdədir. Şirin-şəkər balamla oynayıb yaxşı vaxt keçirirəm.

Əziz Prezidentim, Sizə, ailənizə və nəvələrinizə cansağlığı arzu edirəm. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin.

Hörmətlə,

Həsənova Zöhrə İsmayıl qızı.

Azərbaycan Respublikası, Qazax rayonu.