02 aprel 2020, 15:30

Azadi Quliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bütün bəşəriyyətin məruz qaldığı koronovirus pandemiyasının törətdiyi fəsadlar hamımızı bərk narahat edir. Bəzi ölkələrdə isə bu virus epidemiyası milli fəlakət səviyyəsinə kimi yüksəlməkdədir. Sadə bir vətəndaş olaraq son dövrlər bu sahədə Sizin qəbul etdiyiniz qərarları və hər bir çıxışınızı diqqətlə izləyirəm. Səmimiyyətimə inanın ki, bu çıxışlarınızdan sonra Sizi daha yaxınımızda hiss edirik. Atdığınız hər bir addımı bəyənir və dəstəkləyirik. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə tövsiyyələriniz bizim üçün çox önəmlidir və ölkəmizin əhalisi bunu anlayışla qəbul edir. Siz bu gərgin fəaliyyətinizə görə hamımız üçün əzizsiniz. İnanıram ki, Sizin rəhbərliyinizlə və milli həmrəyliyimizlə bu çətin sınaqdan uğurla çıxacağıq.

Dərin hörmət və ehtiramla,

Quliyev Azadi Sabir oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.