03 aprel 2020, 10:30

Nelli Veysovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xalqımıza, xüsusilə də tibb işçilərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Belə bir çətin vəziyyətdə xalqın sağlamlığı üçün qabaqlayıcı tədbirlərin görülməsi, insanların bu sahədə davamlı şəkildə məlumatlandırılması, karantinin elan edilməsi, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, bu infeksiya ilə mübarizə tədbirlərinə bilavasitə nəzarət etməyiniz, ahıl yaşlı əhaliyə həssaslıqla yanaşılması barədə tövsiyələr verməyiniz hər bir vətəndaşın Sizin üçün nə qədər dəyərli olduğunun göstəricisidir.

Koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı verdiyiniz Sərəncam, öz çıxışlarınızda Azərbaycan həkimlərinə təşəkkür etməyiniz, xalqımızın həkimləri alqışlaması biz tibb işçilərini daha da ruhlandırır. Həkimlərin və tibbi heyətin zəhmətinin belə yüksək qiymətləndirilməsi hər bir səhiyyə işçisi üçün qürurverici oldu.

Biz Ali Baş Komandanın əsgərləriyik. Bu gün dövlətimizin göstərişi ilə hər birimiz iş otaqlarımızı tərk edib ön cəbhədə çalışmağa belə hazırıq.

Cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və bütün tibb işçiləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Dəstəyinizi həmişə duyaraq Sizə güvənir, hər an Sizinləyik.

Hörmətlə,

Veysova Nelli Əhməd qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.