03 aprel 2020, 12:00

İlkin Cavadovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müstəqil Azərbaycan Respublikasının gündən-günə çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi istiqamətində atdığınız addımlar olduqca təqdirəlayiqdir. Dünyada kütləvi hal alan koronovirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə apardığınız qabaqlayıcı tədbirlər, ölkə əhalisinin sağlamlığının qorunması üçün gördüyünüz işlər biz gəncəlilər tərəfindən də yüksək qiymətləndirilir. Bu çətin günlərdə dövlətimiz, millətimiz üçün göstərdiyiniz fədakarlığınız, haqqı ödənilə bilməyən zəhmətiniz bir gənc olaraq məni çox qürurlandırır və Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi və ailənizi qorusun.

Dərin hörmət və ehtiramla,

Cavadov İlkin Elçin oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.