03 aprel 2020, 13:00

Roman Əsgərov və Arzuman Yusibovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bəşəriyyətin böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Koronavirus pandemiyası hər gün dünyada yüzlərlə insanın həyatına son qoyur. Bu dəhşətli infeksiya bir müddətdir ki, Azərbaycanda da ən aktual mövzuya çevrilib. Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə koronavirusla mübarizə tədbirləri həyata keçirilir. Bu ölkənin vətəndaşları olaraq yaxşı dərk edirik ki, bu virusla mübarizədə maksimum ehtiyatlı və məsuliyyətli olmalı, verilən tapşırıq və tövsiyələrə əməl etməliyik.

Bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısını almaq istiqamətindəki bütün təşəbbüslərinizi dəstəkləyir və ətrafınızda sıx birləşmişik. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Hörmətlə,

Əsgərov Roman Adil oğlu

Yusibov Arzuman Xəqani oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.