03 aprel 2020, 12:30

Zaur Allahverdiyevdən, Bakı, Azərbaycan

Cənab Prezident.

Azərbaycan dövləti dünyada geniş şəkildə yayılan koronovirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Buna baxmayaraq, Azərbaycan bütün lazımi tədbirləri görməkdə davam edir. Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir. Karantin üçün də ən əlverişli şərtlər təqdim olunub. Ölkəmizin müxtəlif yerlərində olan bir çox xəstəxanalara koronovirus xəstələri yerləşdirilib. Bunlar dövlət tərəfindən ölkə vətəndaşlarının sağlamlığı üçün atılmış mühüm addımlardır.

Möhtərəm Prezident, Sizin tərəfinizdən operativ olaraq görülən qabaqlayıcı tədbirlər, ölkəmizdə inşa edilən ən müasir “Yeni klinika”, ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə gördüyümüz işlər Azərbaycan gəncləri tərəfindən bəyənilir və təqdir edilir. İnanıram ki, Sizin gördüyünüz tədbirlər nəticəsində xalqımız COVİD-19 virusu bəlasından qurtulacaq. Bu mübarizədə birlik, həmrəylik qələbə çalacaq.

Dərin hörmətlə,

Allahverdiyev Zaur Seyfəddin oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.