03 aprel 2020, 15:00

Aqil Cəbrayılovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən 1-ci qrup əliləm. Ailəmə məxsus həyətyanı torpaq sahəsinə gələn su kanalının qarşısı bir müddət idi kəsilmişdi və suvarma suyu ilə təminatımızda çox böyük çətinliklər yaranmışdı. Məsələ ilə bağlı müraciət etdikdən sonra aidiyyəti təşkilatların nümayəndələri problemimlə yerində tanış oldular və həlli üçün müvafiq tapşırıqlar verildi. Həyətyanı sahəmizə gələn su kanalı qısa müddət ərzində bərpa olundu və suvarma suyunun verilməsi təmin edildi.

Cənab Prezident, göstərilən qayğıya və vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Cəbrayılov Aqil Yaqub oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Gəlmə kəndi.